top of page
Parallel Lines

BIM nədir?

Writer's picture: Shahla AbdullayevaShahla Abdullayeva


Building Information Modeling (BIM) anlayışını azərbaycan dilinə "Tikinti Məlumatlarının Modelləşdirilməsi" (TMM) kimi tərcümə etmək olar.Bəzən biz "building" deyərkən ancaq tikinti, ya da "bina" başa düşürük, amma BIM ilkin olaraq bina və tikinti sənayesi üçün hazırlansa da, onun arxasında duran prinsiplər və konsepsiyalar digər sektorlara da tətbiq olunur. Məsələn, BIM körpülərin, yolların, tunellərin və digər obyektlərin rəqəmsal təsvirlərini yaratmaq üçün infrastruktur sənayesində də istifadə oluna bilər.


BIM tikinti sənayesinin rəqəmsal onurğasıdır. Əgər bu vaxta qədər layihənin rəqəmsal təsviri dedikdə eskizlərin hansısa CAD proqramında yığılmış rəqəmsal prototipi ilə asossasiya olunurdusa, BIM bu statik CAD-faylından fərqli olaraq təkcə təsvir yaratmır, həm də layihə məlumatlarını hamı tərəfindən oxuna bilən, açıq şəkildə dəyişdirilə bilən dinamik hala gətirir. Eyni zamanda edilən bütün dəyişiklikləri canlı (realtime) görmək şansı verir.



BIM-in tikinti blokları


BIM obyekt yönümlü və parametrikdir. Yəni, hər bir obyekt hansısa bina elementini (divar və ya qapı) təmsil edir və digər obyekt/elementlərlə dinamik bağlantısı var. Məsələn, divarda qapı varsa və divar köçürülürsə, ona bağlı olan qapıların və pəncərələrin yerləri də avtomatik dəyişəcək. Tavanın hündürlüyü böyüdülərsə, otağın divarları avtomatik olaraq ona uyğun tənzimlənəcək.

Beləliklə, BIM-də bütün obyektlər məlumat yükü daşıyır və mərkəzi məlumat bazasına inteqrasiya olunur. Onları mərkəzi məlumat bazasında saxlamaqla podratçıların layihə məlumatlarında baş verən dəyişiklikləri, əlavələri və qeydləri anındaca görməyə şansları olur. Bu halda podratçılar daha yaxşı kommunikasiya qura bilir, anaşılmazlıqları və səhvləri minimuma endirərək işi daha şəffaf və keyfiyyətli icra edə bilirlər.

Əlavə olaraq, BIM, layihələri tikilməzdən əvvəl virtual mühitdə sınaqdan keçirməyə imkan verir. Bu da planlaşdırma səhvlərini erkən mərhələdə aşkar etməyə və düzəltməyə, tikinti xərclərini azaltmağa və keyfiyyəti artırmağa kömək edir.

66 views0 comments

Recent Posts

See All

Comments


bottom of page